Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində məşhur “Ninu” restoranın lisenziyası məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün ləğv edilib.
Həmin restoran zəngin kitabxanasına görə Əhər şəhərinin ziyalı və sənət adamlarının toplaşdığı yer olub.
Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.