Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan milli fəallar Saleh Molla Abbasi, Homeyra Turabi və Almas Bəzzaz Qədim barəsində ittiham aktları tərtib edilib.
Tanınmış fəal Saleh Molla Abbasiyə qarşı “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün vətəndaşları qarşıdurmaya təhrik etmək”, “rəhbəri təhqir etmək”, “xarici düşmən dövlətlərlə əməkdaşlıq” və “yalan məlumatlar yaymaq” ittihamları irəli sürülüb.
Başqa iki xanım fəal barədə hansı ittihamların irəli sürüldüyü barədə hələlik məumat verilməyib.
Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib və 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından azad edilib.