Güneyli ana dili hərəkatı fəalı və keçmiş siyasi məhbus Əlirza Fərşi Mərənd şəhərinin kiber polis bölməsinə çağırılıb.
Fərşi çağırılması barədə məlumat verilmədiyini və bu çağırış qanunsuz olduğuna görə polis bölməsinə getməyəcəyini yazıb.
Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
O, 2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.