Əlirza Fərşi prokurorluğa çağırılıb

by Samir Asadli

Keçmiş siyasi məhbus və ana dili hərəkatı fəalı Əlirza Fərşi Baharistan şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 2-ci istintaq bölməsinə çağırılıb.

Bu gün ona göndərilən çağırış məktubunda fəaldan 5 gün ərzində qeyd olunan idarəyə getməsi istənilib.

Çağırış məktubunda Ə.Fərşinin istintaq idarəsinə çağırılmasının səbəbləri barədə açıqlama verilməyib.

Bunun fəalın 2 il İzə şəhərinə sürgün cəzasına tabe olmaması və sürgün yerinə getməkdən imtina etməsi ilə əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

8 fevral 2023-cü ildə həbsxanadan buraxılan fəal 2 il müddətinə Xuzistan əyalətinin İzə şəhərinə sürgün cəzasına məhkum edilib.

Fərşi sürgün yerinəgöndərildikdən sonra bunu qanunsuz adlandırıb və geri qayıdıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK