Əlirza Fərşinin ailəsinə təzyiq göstərilir

by Samir Asadli

Keçmiş siyasi məhbus və milli-mədəni fəal Əlirza Fərşinin ailəsinə təzyiq göstərilir.

Ə.Fərşi bu barədə özünün sosial media hesabında paylaşım edib.

Bildirib ki, bu, təhlükəsizlik məmurlarının onu telefon vasitəsilə idarəyə çağırmalarına mənfi cavab verməsindən sonra başlayıb.

Fərşi 80 yaşlı anası və bacısına zənglər edən təhlükəsizlik məmurlarının heç bir qanuna əhəmiyyət vermədiklərini yazıb.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK