Əlirza Fərşinin sürgün cəzası ləğv edilməyib

by Samir Asadli

Ana dili hərəkatının Əlirza Fərşi həbsdən buraxılsa da, onun barəsində çıxarılan iki illik sürgün qərarı qüvvədə saxlanılıb.

Fərşi fevralın 12-də barəsində çıxarılan əlavə cəzaların ləğv edilib-edilmədiyini öyrənmək üçün məhkəməyə müraciət edib.

Tehranın 33-cü bölgə prokurorluğunun cinayət hökmlərinin icrası üzrə 1-ci bölməsində onun barəsində çıxarılan əlavə cəzaların, o cümlədən Xuzistanın Bağməlik bölgəsinə iki illik sürgün cəzasının qüvvədə saxlanıldığı bildirilib.

Əlirza Fərşi fevralın 8-də 3 ildən çox həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK