Azərbaycanlıların kompakt yaşadığı Mərkəzi əyalətin Ərak şəhərində etiraz aksiyası keçirilib.
Əraklılar Şazənd istilik elektrik stansiyasında mazutdan istifadə edildiyi üçün ətraf mühitin çirklənməsindən narazılıqlarını bildiriblər.
Qeyd edilib ki, bu, son bir həftədə hava çirkliliyinə qarşı ikinci etiraz aksiyasıdır və polis qüvvələri narazılara hücum edərək aksiyanın genişlənməsinin qarşısını alıblar.