Ərdəbil əyalətində məktəblər bağlandı

by Samir Asadli

Dekabrın 19-da Ərdəbil əyalətinin mərkəzi və başqa bir neçə şəhərdə məktəblər tətil edib.

Bu barədə Təhsil Nazirliyinin yerli bölməsi məlumat yayıb.

Bildirilib ki, temperaturun kəsik aşağı düşməsi və güclü qar yağmasına görə, Ərdəbil, Səreyin, Nir, Nəmin, Hir,  Xalxal şəhərləri və ətraf kəmdlərində məktəblər bağlanıb.

Bununla yanaşı Xiyav, Arşaq və Lahrud şəhərlərində bir sıra təhsil müəssisələri tətil edib, orta məktəblərdə dərslərin gecikmə ilə başlayacağı bildirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK