Yaya aylarında Ərdəbil əyalətində su çatışmazlığı və quraqlıq gözlənilir. Buna səbəb yağıntıların kəskin azalmasıdır. Bu barədə Ərdəbil əyalətinin Meteorologiya Mərkəzinin rəhbəri Siyavuş Məhəmmədi məlumat verib.
O, əyalətin şimal bölgələrində yağıntıların 56% azaldığını, bunun kənd təsərrüfatı, sənaye və əhalinin içməli su ilə təminatında ciddi problemlərə səbəb olacağını deyib.
Ərdəbil əyalətinin Regional Su Şirkətinin rəhbəri Əlirza Nemət Sultani bundan əvvəl verdiyi açıqlamada əyalətdə 700 kəndin su çatışmazlığından əziyyət çəkdiyini söyləyib.
Qeyd edək ki, Ərdəbil əyalətində ümumilikdə 1856 kənd və yaşayış yerinin yarısının etibarlı və daimi su mənbəsi, su təchizatı şəbəkəsi yoxdur.