Ərdəbil əyalətinin ən böyük kəndlərindən olan Qaratəpə və onun ətraf kəndlərinin əhalisi Ərdəbil şəhərində valilik binası qarşısında etiraz aksiyası keçiriblər.
Kəndlilər uzun illərdir yol, su və başqa bu kimi problemlərin həll olunmamıç qaldığına, kənd təsərrüfatı sahəsində subsidiyaların ayırlmamasına, dövlətə verilən məhsullarının pullarını ala bilmədiklərinə etiraz ediblər.
Etirazçılar “yalan vədlər verilməsi deyil, hüquqlarımızın bərpa olunmasını tələb edirik” məzmunlu plakatlar qaldırıblar.