Ərdəbil şəhərində divarlara milli istəkləri ifadə edən qraffitilər həkk olunub

by Samir Asadli

Aktivistlər fevralın 8-də Güneyli aktivistlərə başlamış geniş miqyaslı basqılara və saxlanılmalara etiraz olaraq şəhərin divarlarında qraffiti və yazılar həkk ediblər.

Şəhərin keçid və küçlərinin divarlarında naxışlanmış qraffitlərdə “qırılsın əsarət zəncirləri, açılsın azadlıq qapısı” sözləri həkk edilib.

Xatırladaq ki, bir neçə gündür İran hakimiyyətinin təhlükəsizlik idarələri yeni basqılarla Güney Azərbaycan aktivistlərini saxlamağa başlayıblar.

O cümlədən, Mürtəza Pərvin, Vədud Əsədi, Salar Tahir Əfşar, Bağır Hacızadə, Səid Camalzadə, Ayaz Seyfxah, Səid Minai, Abdulla Vahidi, Araz Aman, Kamal Nuri, Tahir Nəqəvi, Kəramət Nur Nəvaz, Cəfər Məhəmmədi və Əbdül Əziz Zəzimi Qədim saxlanılıb. Onlar Tehran, Ərdəbil, Rəşt, Urmu, Astara, Təbriz və İslamşhər şəhərlərinin aktivistlərindən hesab olunurlar.

Bu yeni saxlanılmış aktivistlərdan başqa Saleh Molla Abbasi, Pərviz Siyabi, Əli Rəzeyzadə Nadarlı, Armita Pavir, Muxtar İbrahimi, Mahmud Ocaqlu, Milad Cəlili, Əli Rzai Havastan, Arəş Cövhəri, Meysəm Şirini və Əsğər Fərəci hazırda həbsdədirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK