Yanvarın 24-də Təbrizin Traktor zavodu, Maşın qatırma zavodu və motogen şirkətlərinin bir qrup təqaüdçüsü Şərqi Azərbaycan əyalətinin Kooperasiya, Əmək və Sosial Rifah Baş İdarəsinin qarşısına toplaşıb.
Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə davamlı aksiya keçirəcəkləri barədə xəbərdarlıq ediblər.
Bununla yanaşı Ərdəbil və Ərak şəhərlərində Telekommunikasiya Şirkətlərinin işçi və təqaüdçüləri də etiraz aksiyası keçiriblər.
Telekommunikasiya Şirkətlərinin qarşısına toplaşan narazı təqaüdçülər inflyasiya ilə təqaüdlərinin uyğun olmadığına etirazlarını bildiriblər.