Ərdəbildə Abbas Lisaniyə dəstək aksiyası: Divarlara milli şüarlar yazıldı

by Samir Asadli

rd-bild-divarlara-milli-arlar-yaz-l-b-0-1673844067Yanvarın 14-dən 15-ə keçən gecə Ərdəbil şəhərində milli fəallar həbsdə olan milli-siyasi fəal Abbas Lisaniyə dəstək məqsədilə aksiya keçiriblər.

Ərdəbil divarlarına siyasi məhbusu müdafiə məzmunlu şüarlar yazılıb.Şəhərin bir çox məhəlləsinin divarlarına “Azərbaycanın öz qəhrəmanları var”, “Abbas Lisanini azad edəcəyik”, “Biz hamımız Abbas Lisaniyik”, “Abbas Lisaninin həyatı təhlükədədir”, “Abbas Lisani Azərbaycanın azadlıq tələbinin simvoludur” və digər şüarlar yazılıb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK