Fevralın 14-də milli fəallar Ərdəbildə yerüstü piyada keçidi körpüsündən plakat asaraq siyasi məhbus Abbas Lisaninin sağlıq durumu barədə xəbərdarlıq ediblər.
Plakatın üzərində Abbas Lisaninin fotosu ilə yanaşı, siyasi məhbusa təzyiqlərdəki rollarına görə Ərdəbilin cümə imamı Həsən Amoli, Ərdəbil prokuroru Abdullah Təbatəbayi və İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin loqosu da təsvir olunub.
Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.