Ərdəbildə məktəbli qızlar zəhərləndi

by Samir Asadli

Aprelin 8-də Güney Azərbaycanın Ərdəbil şəhərinin “Merac” orta məktəbində onlarla qız şagird zəhərlənib.

Bu barədə sosial mediada məlumat verən valideynlər şagirdlərin bir neçə xəstəxanaya köçürüldüklərini deyiblər.

Onların sözlərinə görə, şagirdlər bundan öncə olduğu kimi naməlum kimiyəvi qazdan zəhərlənblər.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250 məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK