Ərdəbildə rabitə işçiləri etiraz aksiyası keçirib

by Samir Asadli

Ərdəbil əyalətinin Telekommunikasiya Şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.

Şirkətin Ərdəbil şəhərindəki inzibati binasının qarşısına toplaşan işçilər əmək haqlarının ödənilməməsinə etiraz ediblər.

Təqaüdçülər və işçilər bir neçə aydır məvaciblərinin ödənilməsi ilə bağlı vədlərin yalan çıxdığını bildiriblər.

Onlar haqlarının verilməyəcəyi təqdirdə aksiyaların davamlı olacağını bəyan ediblər.

Bununla yanaşı narazılar inflyasiya ilə gəlirlərinin uyğun olmadığını və çoxsaylı məişət problemləri ilə üzləşmələrinə baxmayaraq qanunla nəzərdə tutulan ödəniş və yardımları ala bilmədiklərini deyiblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK