Ərdəbilli fəallar yanvarın 15-də şəhərin mərkəzində yerləşən yerüstü piyada körpüsündən banner asaraq Salmasın Qaraqışlaq kəndinin əhalisinə dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, Səlmas şəhərinin Qaraqışlaq kəndinin onlarla sakinləri 450 hektar sahədə natrium karbonat istehsalı zavodunun inşasına etiraz etdikləri üçün həbs ediliblər.
Etirazçılar zavodun bölgənin kritik ekoloji vəziyyətini çətinləşdirə biləcəyindən qorxudqlarını deyib, hökumətdən və aidiyyatı qurumlardan məsələ ilə maraqlanmalarını istəyiblər.
Hökumət məmurları dinc etiraz aksiyası keçirən qaraqışlaqlılara hücum edib, onlarla şəxs yaralanıb, 70-ə yaxın kəndli həbs edilib.
Həbs edilənlərdən bir qrupu bir neçə günlük istintaqdan sonra sərbəst buraxılıb.