İyunun 18-i axşam saatlarında Ərdəbil əyalətinin bir neçə bölgəsində sel daşqınları nəticəsində onlarla kəndin yolu bağlanıb.
Məlumata görə, daşqınlar əyalətin Germi, Aslanduz, Anqut və Biləsuvar bölgələrində çox sayda evə və kənd təsərrüfatı sahələinə ciddi ziyan vurub.
Biləsuvarın Poladlı kəndində ildırım vurması nəticəsində 65 yaşlı qadının öldüyü bildirilir.
Qeyd edək ki, iyunun 14-dən başlayaraq Ərdəbil əyalətinin Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində 8 nəfər həyatını itirib.