Ərdəbildə təqaüdçülər növbəti dəfə etiraz aksiyası keçiriblər

by Samir Asadli

 Ərdəbil şəhərində təqaüdə çıxmış müəllimlər növbəti dəfə etiraz aksiyası keçirərək qanunla nəzərdə tutulmuş hüquqlarının təmin edilməsini və təqaüd haqlarının artırılmasını tələb ediblər.

Etirazçılar hökumətin onları aldatdıqlarını və problemlərin həlli ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.

Təqaüdçülərin aksiyasında “dövlət xəyanət edir, məclis himayə edir”, “təqaüdçü bağır, hüquqlarını çağır”, “həbs olunmuş müllimlər sərbəst buraxılmalıdır!”, “pulsuz təhsil İran övladlarının haqqıdır” və başqa şüarları səsləndirilib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən bu günə kimi təqaüdçülər də məişət problemlərinin çoxalmasına və ödənişlərin azlığına etiraz olaraq davamlı aksiyalar keçirirlər.

Rəisi hökumətinin problemin həlli ilə bağlı verdiyi vədlərin heç birinin yerinə yetirilmədiyini vurğulayan etirazçılar, yaxın vaxtlarda daha geniş və davamlı aksiyalara başlayacaqlarını bəyan ediblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK