İyulun 31-də Ərdəbil Telekommunikasiya Şirkətinin təqaüdçüləri şurkətin binasının qarşısına toplaşaraq məsulların onların qanuni tələblərini nəzərə almamalarına etiraz ediblər.
Narazı təqaüdçülər qanuni hüquqlarının bərpası tələblərini əks etdirən banner açıb, istəklərininn yerinə yetirilmədiyi təqdirdə aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən bu günə kimi təqaüdçülər də məişət problemlərinin çoxalmasına və ödənişlərin azlığına etiraz olaraq davamlı aksiyalar keçirirlər.
Rəisi hökumətinin problemin həlli ilə bağlı verdiyi vədlərin heç birinin yerinə yetirilmədiyini vurğulayan etirazçılar, yaxın vaxtlarda daha geniş və davamlı aksiyalara başlayacaqlarını bəyan ediblər.