Ərdəbildə tarixi abidə baxımsız qalıb

by Samir Asadli

Ərdəbil şəhərinin ən dəyərli tarixi abidələrindən olan “Cümə məscidi” baxımsız qaldığı üçün ciddi xəsarətlər alıb.

Bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər.

Bildirilib ki, tarixi abidənin üst bəzəyi olan naxışlı kramitlər dağılıb, qar və yaış suları məscidin tavanına ziyan vurub.

Yerli fəalların yazdığına görə, abidənin təmiri və qorunması ilə bağlı Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatına edilən müraciətlər cavabsız qalıb.

Səlcuqlular dövründə inşa edilən və 800 illik tarixi olan Ərdəbilin cümə məscidi 1980-ci ildə də dağıntılara məruz qalıb.

O vaxt məscidin yerləşdiyi küçəni genişləndirmək adı altında tarixi abidənin bir hissəsi uçurulub.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK