Güclü toz fırtınaları səbəbindən Ərdəbil əyalətində təhlükəli ekoloji vəziyyət elan edilib.
Bununla yanaşı bir sıra dövlət idarələrinin də bağlı olacağı, vacib sahələrin, o cümlədən təcili tibbi yardım mərkəzlərinin isə gecikmə ilə işə başlayacaqları bildirilir.
Qeyd edək ki, martın 6-ı səhər saatlarından aşlayan güclü toz fırtınası əyalətin əksər bölgələrində həyatı iflic edib, nəqliyyatın hərəkətini məhdudlaşdırıb.