Ərdəbildə türkcə küçənin adını bərpa etdilər

by Samir Asadli

Ərdəbil şəhərində yaşayan milli-mədəni fəallar bələdiyyənin təhrif edərək dəyişdirdiyi türkcə küçə adını bərpa ediblər.

Fəalların verdiyi məlumata görə, bir müddət əvvəl yeni salınmış küçələrdən birinə türkcə “Ata” adı verilib.

Lakin bələdiyyə idarəsi adı dəyişdirərək onun farsca olan variantı “Pedər” sözünü lövhəyə yazdırıb.

Fəalların və yerli əhalinin müraciətlərinə cavab verilmədiyi üçün ərdəbillilər özləri türkcə adı bərpa etmək məcburiyyətində qalıblar.

Onlar farsca “Pedər” sözü yazılan lövhəni “Ata” yazılan lövhə ilə əvəzləyərək, bələdiyyənin laqeyd münasibətinə cavab veriblər.

Qeyd edək ki, son illər türk dilində olan qədim yer adlarının dəyişdirilməsi və təhrif edilməsinə qarşı etirazlar çoxalıb.

Milli-mədəni fəallar müxtəlif aksiyalarlar Pəhləvilər dövründən başlayan və hazırkı rejim dövründə davam etdirilən farslaşdırma siyasətinə qarşı etirazlarını bildirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK