Ərdəbildə Urmu gölü ilə bağlı aksiya keçirilib

by Samir Asadli

Ərdəbildə mədəni fəallar Urmu gölünün qurudulmasına qarşı başladılan kampaniyaya dəstək aksiyası keçiriblər.

Onlar şəhər məhəllələrinin divarlarına “Urmu gölünün ölümü=azərbaycan uşaqlarının ölümüdür” “#Urmu_gölü_can_verir” və “”#Urmu_gölü” yazıblar.

Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəgi altında kampaniyaya start verilib.

Onlar sosial mediadakı paylaşımlarında Urmu gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.

Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK