Ərdəbildən olan ətraf mühit və mədəni fəallar Urmu gölü ilə bağlı çox sayda yazılı vərəqlər yayıblar.
Azərbaycanlılardan ekoloji fəlakətə biganə qalmamalrı və gölün qurudulmasına qarşı etiraz aksiyalarına qoşulmaları istənilib.
“Torpağımı, vətənimi məhv edib, iqtisadiyyatımı talayırsınız.
İndi də Urmu gölünü məhv etməklə bütün Azərbaycanın məhv olmasını bayram etmək istəyirsiniz. Azərbaycan buna səssiz qalmayacaq!”,- yazılı vərəqlərdə qeyd edilib.