Ərdəbildə “yaşıl soyqırım”: Çoxillik ağaclar məhv edilir

by Samir Asadli

Ərdəbil şəhərində böyük ərazini əhatə edən yaşıllıq zolağı dağıdılır. Bu barədə ətraf mühit və sosial media fəalları məlumat yayıb.

Onların sözlərinə görə, şəhərin Bəsic meydanının yaxınlığında yerləşən “Səminejad” və “Şəriət bağı” kimi tanınan 9 hektar ərazidə olan uzun ömürlü ağaclar kəsilərək məhv edilir.

Ətraf mühit fəalları xüsusilə son illər Ərdəbildə yaşıllıq zolaqlarının məhv edildiyini və şəhərin ekoloji durumunun günü-gündən ağırladığını bildirirlər.

Bundan öncə bələdiyyə idarəsi yaşıllıq zolağının park kimi istifadəyə veriləcəyini bildirsə də, bu baş tutmayıb.

Bağ hasara alındıqdan qısa müddət sonra oradakı ağacları kəsməyə başlayıblar.

Timur

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK