Ərdəbildə zəhərlənən şagirdlərin valideynləri etiraz aksiyası keçirir

by Samir Asadli

Qız məktəblərində zəhərlənən şagirdlərin valideynləri martın 4-ü səhər saatlarından başlayaraq Ərdəbildə etiraz aksiyası keçirməyə başlayıblar.

Ərdəbil şəhərində Təhsil İdarəsinin qarşısına toplaşan valideynlər övladlarının məktəblərdə təhlükəsizliklərinin təmin olunmamasına etiraz  ediblər.

Ərdəbillə yanaşı İranın bir neçə şəhərində də valideynlərin etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənib.

Martın 2-də isə Güney Azərbaycanın Aslanduz şəhərinin “Zeynəb” qız məktəbində 48 şagird zəhərlənərək xəstəxanalara yerləşdirlib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK