Ərdəbilli məhbus aclıq aksiyası keçirir

by Samir Asadli

Ərdəbilşəhərinin həbsxanasında 16 illik məhkumluq dövrünü keçirən Babək Dadbəxş aclıq aksiyasına başlayıb.

Bu barədə insan haqları təşkilatları yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, təkadamlıq kameraya salınan Dadbəxş, barəsində çıxarılan ökmün ədalətsiz olduğuna və təzyiqlərə məruz qaldığına görə aclıq aksiyasına əl atıb.

Bundan əvvəl İranın bir neçə həbsxanasında saxlanılan və ağır işgəncələrə məruz qaldığına görə, əsəb sarsıntısı keçirən ərdəbilli məhbus işinə yenidən baxılması üçün dəfələrlə məktub yazsa da, buna əhəmiyyət verilməyib.

O, bundan əvvəl İran məhkəmə sisteminə ünvanladığı məktubunda ondan işgəncə altında etiraf alındığını bildirib.

“Mən Babək Dadbəxş Ərdəbil zindanında məhkumluq dövrünü yaşayan adi vətəndaşam və polisin barəmdə açdığı qondarma cinayət işi əsasında həbs edilmişəm. İşgəncə edilərək məndən etiraf alınıb və məhkəmə prosesim bir dəqiqədən az bir müddətdə başa çatıb”-deyə, Dadbəxş yazıb.

Qeyd edək ki, bir neçə ildir İranın müxtəlif zindanlarında işgəncələrə məruz qaldığı üçün ağır əsəb sarıntısı keçirən Dadbəxşin səhhətində başqa problemlər də yaranıb.

Ərdəbilli məhbusun vəziyyətinin ağırlaşmasına baxmayaraq, həbsxana rəhbərliyi onun müalicəsinə və tibbi məzuniyyətə buraxılmasına icazə vermir.

2018-ci ilin noyabr ayında Tehranda təhlükəsizlik məmurları tərəfindən həbs edilən azərbaycanlı məhkum ETTELAAT təcridxanasında işgəncə edildikdən sonra Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bir neçə ay təkadamlıq kamerada saxlanılıb və 16 fevral 2019-cu ildə Kərəc şəhərinin “Rəcaişəhr” zindanına aparılıb.

Babək Dadbəxş 2020-ci ilin fevralında Məhəmməd Məqisənin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsində mühakimə olunub və barəsində 43 il azadlıqdan məhrum etmə cəzası istənilib.

Babək Dadbəxş 2020-ci ilin fevralında Məhəmməd Məqisənin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsində mühakimə olunub və İslami Cəza Qanunun 134-cü maddəsi ilə 16 ilinin mütləq icra edilməsi şərtilə 43 il həbs cəzasına məhkum edilib.

Babək Dadbəxş “müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”da ittiham olunub.

O, həbs olunmazdan əvvəl evli və iki uşaq atası olub, həbs edildikdən sonra həyat yoldaşını və bir övladını qəza nəticəsində itirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK