Əslən Ərdəbil əyalətinin Təzəkənd kəndindən olan və Tehranda yaşayan milli fəal Ramin Əliniya Təzəkəndə ağır həbs cəzası verilib.
“Toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” ittihamı üzrə milli fəala 5 il, “rejim əleyhinə təbliğat”a görə isə 1 il həbs cəzası verilib.
Bununla yanaşı məhkəmə milli fəalın 2 il müddətinə sosial mediada fəaliyyətinə, ictimai təşkilatlarda üzvlüyünə və ölkədən çıxışına qadağa qoyub.
Ramin Əliniya Təzəkənd idarə etdiyi “Gündəm” adlı sosial media kanalında hakimiyyəti tənqid etdiyinə görə rejimin qəzəbinə tuş gəlib.
Qeyd edək ki, 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub.
O, üç həftədən çox həbsdə qaldıqdan sonra 30 noyabrda Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.