Ərdəbil şəhərinin həbsxanasında saxlanılan Sevda Minarinin məhbus hüquqlarından istifadəsinə icazə verilmir.
Sevda Minari noyabrın 12-də Ərdəbilin Ciral parkı qarşısında hökumət əleyhinə şüarlar səsləndirdiyinə görə saxlanılıb.
Onun yaxınlarının verdiyi məlumata görə, bir neçə gün ərzində gənc fəalıntalei və harada saxlanılması ilə bağlı əlaqədar dövlət qurumlarına müraciətlər cavabsız qalıb.
Sevda Minarinin fotosu ilə birlikdə həbs xəbəri sosial mediada yayımlanana qədər onun taleyindən xəbər yox idi.
Sevdanın ailəsi dəfələrlə məhkəməyə müraciət etsə də, səlahiyyətlilərin onlara övladlarının harada və nə şəraitdə saxlanıldığı barədə məlumat verməkdən imtina edir.