“Ərk”-Azərbaycan İnsan Haqqları Cəmiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 52-ci iclası ilə eyni vaxtda Cenevrədə konfrans keçirəcək.
Güney Azərbaycanda insan haqlarının pozulması, Azərbaycanda ətraf mühitin vəziyyəti və qeyri-fars millətlərin problemləri mövzusunda keçiriləcək konfransdan sonra BMT-nin Cenevrədəki qərargahı qarşısında mitinq təşkil ediləcək.
Konfransın martın 23-də yerli vaxtla saat 11-12 arası keçiriləcəyi bildirilirb.