Ətraf mühit və işçi hərəkatı fəalı İsmayıl Əhmədi prokurorluğa çağırıldı

by Samir Asadli

Milli-mədəni fəal İsmayıl Əhmədi Bikrabad Vərziğan şəhərinin İnqilab Prokurorluğuna çağırılıb.

Milli fəala bu barədə prokurorluğun elektron sistemi vasitəsilə çağırış mesajı göndərilib və ondan 5 gün ərzində prokurorluğun birinci bölməsinə gəlməsi istənilib.

Fəala qarşı “müqəddəsləri təhqir etmək”, “vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək”, “müxalif qruplarla əlaqə”, “yalan məlumatlar yaymaq” və “İslam Respublikasına qarşı təbliğat”  ittihamları irəli sürülüb.

Qeyd edək ki, İsmayıl Əhmədi 21 avqust tarixində həbs edilərək təcridxanaya köçürülüb və orada dindirildikdən sonra 24 avqustda 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O, ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə və işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK