İran məhkəməsi tərəfindən edama məhum edilən azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin sağlıq durumu ağırlaşıb.
Qeyd edək ki, etiraz aksiyalarında zibil qutularını yandıraraq yolu bağlamaqda və ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılan 26 yaşlı Səhənd Nurməhəmmədzadə “müharibə” ittihamı ilə edama məhkum edilib.
O, məhkəmədə qeyd olunan tarixdə ümumiyyətlə adı çəkilən bölgədə olmadığını və barəsində saxta ittihamlarla ədalətsiz qərar çıxarıldığını bildirib.