100 illiyi münasibəti ilə DR. Məhəmmədtağı Zehtabi haqqında məqalə yarışmasına start verilib

by Samir Asadli

Bütöv Azərbaycan üzrə “Milli Hökumətdən Milli Hərəkata” DR. Məhəmmədtağı Zehtabi haqqında məqalə yarışması elan olunub.

Elana əsasən məqalələr 4 kategoriya üzrə ola bilər.

1- DR. Zehtabinin (Kirişçi) həyatı (Milli Hökumət zamanı və sonrakı yaşamı, Siberdə sürgün həyatı, Bakı və Bağdad universitetlərində müəllimlik illəri, diaspor həyatı, İrana dönüşü və Təbriz Universitetində müəllimlik illəri, həbsdə həyatı, 1986-cı ildən sonra məxfi fəaliyyətləri, Milli Hərəkata təsirləri və şübhəli ölümü)

2- Zehtabinin əsərləri: yazdığı kitablar, axtarıb toplayaraq ərsəyə gətirdiyi əsərlər, yazdığı məqalələr və əsərlərinin müqayisəli araşdırılması.

3- Zehtabi xatirələrdə: şəxsi münasibətləri, xatirələrdə qalan Zehtabi və ya haqqında eşidilib duyulanlar.

4- Zehtabinin Azərbaycan Milli Hərəkatında rolu.

Birinci yeri tutana 10 milyon tümən, ikinciyə 8 və üçüncüyə 6 milyon tümən mükafat veriləcəyi təyin edilib.

Elanda ödül sponsorlarına təşəkkür olunaraq onların adlarının məqalələr toplusu kitabında qeyd olunacağı bildirilib.

Həmçinin yarışa qatılmaq istəyənlər 2024-cü ilin yanvar ayının 12-dək [email protected] elektron poçt vasitəsiilə qeydiyyata düşə bilər.

Məqalələrin göndərilməsinə gələn ilin mart ayının 19-dək fürsət verilib.

Yarışma haqqında ayrıntılar yanvarın 14-ü və 20-də canlı olaraq internet vasitəsi ilə bildiriləcək. Məqalələr Azərbaycan dilində olmalıdır.

Elanda yeni məlumat üçün “azcivicnation” İnstaqram hesabının izlənilməsi və elanın paylaşılması xahiş olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK