200 min nəfərlik Səhənd şəhərində xəstəxana yoxdur

by Samir Asadli

Şərqi Azərbaycanda yeni salınan 200 min nəfərlik Səhənd şəhərində xəstəxana yoxdur.

Bu barədə yerli media məlumat yayıb.

5 il əvvəl azərbaycanlı xeyriyyəçilər xəstəxana binasının inşasına başlasalar da, Rəisi hakimiyyətinin işə başlamasından sonra tikinti işləri yarımçıq qalıb.

Yerli sakinlər bildirirlər ki, şəhərdə yaşayışın 20 ildir başlamasına baxmayaraq, ən sadə tibbi məsələ üçün onlarla kilometr yol qət edərək Təbrizə gəlməlidirlər.

Məsələnin ictimailəşməsindən sonra Şərqi Azərbaycanın valisi Malik Rəhməti açıqlama verib.

O, problemin olduğunu, bunun həlli və 95 çarpayılıq xəstəxananın inşası üçün Səhiyyə Nazirliyinə müraciət etdiklərini deyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK