2022-ci il etirazlarında saxlanılmış Məhəmməd Qubadlı edam olundu

by Samir Asadli

İranın məhkəmə sisteminin Mizan XA 2022-ci il “Qadın,Yaşam, Azadlıq” Hərəkatında saxlanılmış Məhəmməd Qubadlının bu gün səhər edam hökmünün icra olunduğunu bildirib.

Onun vəkili barəsində çxıarlmış “Qisas” hökmünün qanusuz olduğunu deyib. Belə ki, edam hökmü çıxarılarkən apellyasiya hüququ ilə təmin olunmaytıb.

Ona görə də Qubalının vəkili Əmir Rəisian hökmün “qanuna zidd olduğu” səbəbindən onun edam edilməsinin hüquq baxımdan “qətl” hesab olunduğunu deyib.

فوری | محمد قبادلو اعدام شد

Məhkəmə edamdan ancaq 1 gün əvvəl hökmün icra şöbəsinə göndərildiyini və səhər yanvarın 23-ü icra olunacağını bildirib.

Bu səbəbdən apellyasiya şikayətinə vaxt verilməyib. Həmçinin Beynəlxalq Əfv Təşkilatı hökmün qanunsuz olduğuna görə icrasının dayandırılmasını tələb etmişdir.

Bildirək ki, Məhəmməd Qubadlı ötən il “Qadın,Yaşam, Azadlıq” Hərəkatında nümayişlər zamanı bir polis məmurunun öldürülməsində ittiham olunaraq barəsində qisas hökmu çıxarılmaqla edam olunub. Qeyd edək ki, Məhəmməd Qubadlı əslən güney azərbaycanlı hesab olunur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK