21 Azər hərəkatının ildönümü ilə bağlı Sulduzda mədəni aksiya keçirilib

by Samir Asadli

12 dekabr “21 Azər” hərəkatı və 1946-cı ildə Cənubi Azərbaycan Milli Hökumətin qurulmasının ildönümü münasibətilə Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində mədəni aksiya keçirilib.

Yerli sosial media fəallarının verdiyi məlumata görə, qeyd olunan gün münasibətilə uşaqlar arasında kitablar paylanılıb.

Azərbaycan dilində “Azərbaycan xalq nağılları” kitabı Arazın hər iki tayında olan xalq nağıllarını ehtiva edir.

Qeyd edək ki, son günlər “21 Azər” hərəkatının ildönümü ilə bağlı Güney Azərbaycanın müxtəlif bölgələrində oxşar aksiyalar keçirilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK