Təbrizdə 5 milli-mədəni fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Bu barədə milli fəalların yaxınları məlumat verib.
Fəalların şəxsi mənzillərində axtarış aparılıb və bir sıra şəxsi əşyalarının müsadirə edilib.
Onların nədə ittiham olunduğu və hara aparıldığı barədə açıqlama verilməyib.
5 milli fəalın son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün saxlanıldığı ehtimal edilir.
Qeyd edək ki, son günlər Güneyin müxtəlif bölgələrində milli-mədəni fəallara çağırışlar göndərilir, onlar məhkəmə və prokurorluqda ifadə verməyə dəvət olunurlar.