3 güneyli aktivist tədqiqat prosesi bitirilənədək müvəqqəti azad olunublar

by Samir Asadli

Güney Azərbaycan milli hərəkatının aktivistlərindən Behzad Xudabəndəlu, Aydın Məhəmmədi və Səid Dustan açılmış işlərin tədqiqatı bitirilənədək müəvəqqəti azad olunublar.

Behzad Xudabəndəlu mart ayının 4-ü vurulmuş ittihamlar üzrə ifadə vermək məqsədi ilə Qoşaçay rayonu (hazırkı Mianduab) Ümumi Prokurorluğunun 3-cü Şöbəsinə getməli olub.

Şöbədə istintaq və ifadə verəndən sonra ona qarşı ittiham elan olunaraq zəmanət kimi 300 milyon tümən dəyərində vəsiqə qoyuluşu ilə müvəqqəti azad olunub.

Aktivist “İslam Respublikası sisteminə qarşı olan qruplar və ya yaxu təşkialtların xeyrinə təbliğat, ümumi düşüncəni caydırma və sistemə qarşı təbliğatda” ittiham olunur.

Xatırladaq ki, Xudabəndəlu fevralın 27-i öz İnstaqram hesabında paylaşım edərək prokurluğun elektron bildiriş göndərməklə 5 gün ərzində özünü həmin orqana təqdim etməsi tələb olunduğunu bildirmişdir.

Həmçinin bir müddət əvvəl həbs olunaraq Tehran şəhəri Evin Həbsxanası 209-cu Palatasına köçürülmüş digər 2 güneyli aktivist Aydın Məhəmmədi və Səid Dustan da onlara qarşı açılmış işlərin tədqiqatı bitirilənədək müvəqqəti azad olunublar.

Aktivistlər azad olunmaları üçün zəmanət kimi sıra ilə 800 və 300 milyon tümən dəyərində mülk sənədi qoymalı olublar.

Qeyd edək ki, Dustan 29 fevralda, Məhəmmədi isə martın 3-ü müvəqqəti azad olunublar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK