600-dən çox sənətçi iranlı aktrisanın azadlığını tələb etdi

by Samir Asadli

600-d-n-ox-s-n-t-i-iranl-aktrisan-n-azadl-n-t-l-b-eti-0-1672824934Amerikalı aktyor və prodüsser Mark Ruffalo öz İnstaqram hesabında bildirib ki, dünya üzrə 600-dən çox sənətçi iranlı aktyor Təranə Əlidustinin azadlığını tələb edən açıq məktub imzalayıb.

“İranlı aktyor, tərcüməçi və beynəlxalq mükafatlar laureatı Təranə Əlidustinin dərhal sərbəst buraxılmasını tələb edirik”,-deyə, açıq məktubda bildirilib.

Qeyd edək, tanınmış aktrisa etirazçılara dəstək verdiyi üçün dekabrın 18-də saxlanılıb.

Əlidusti “Gözəl şəhər” (“Şəhr-e ziba”, 2009), “Hər kəsin öz kinosu var” (“Chacun son cin ma”, 2007), “Ellinin hekayəsi” (“Darbareye Elly”, 2009) kimi filmlərdə də rol alıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK