9 ay davam edən mübarizə və məhkəmə prosesindən sonra təbrizli valideynlər qızlarına “Türkay” adına kimlik sənədi almağa nail olublar.
O, bildirib ki, bir neçə aylıq məhkəmə çəkişməsindən sonra Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsu Azərbaycan adına vəsiqə verməyə məcbur olub.
Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.
İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.
Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.