Güneyli milli fəal və keçmiş siyasi məhbus Abbas Lisaninin iki illik sürgün müddəti 2 il 8 aya qədər uzadılıb.
Onun sürgün müddətinin artırılmasına səbəb kimi Lisaninin cəzasını çəkməli olduğu Yəzd şəhərində qanunsuz olaraq geri qayıtması və məhkəmə hökmünə tabe olmaması göstərilib.
Qeyd edək ki, fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.