Almaniya XİN İrana xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın HƏMAS-ın yüksək rütbəli üzvləri ilə görüşündən sonra İran hökumətinə İsrail-HƏMAS qarşıdurmasını daha da qızışdırmamaq üçün xəbərdarlıq edib.
Almaniya XİN-in sözçüsü Sebastyan Fişer deyib:
“Bu vəziyyətdə “atəşfəşanlıqla” oynamaq və odun üstünə yağ tökmək yaxud başqa üsulla yanğın törətmək istəyən hər kəs iki dəfə düşünməlidir, çünki potensial olaraq böyük bir regional problemlə üzləşirik”.