Avropada SEPAH-ın adının terror qruplaşmaları siyahısına salınması ilə bağlı müraciətlər artıb.
Britaniya parlamenti bu ölkənin hökumətindən SEPAH-ı terrorçu qruplar siyahısına daxil etməyi tələb etdikdən sonra Almaniyadakı bir qrup siyasi fəal da öz ölkələrinin parlamentinə bu hərbi quruma qarşı oxşar addım atmaq üçün müraciətlər edib.
Bu tələblər Britaniya hökumətinin yaxın gələcəkdə İİKK-nı terror təşkilatları siyahısına salmağı planlaşdırdığına dair xəbərlərdən sonra irəli sürülür.