Ana dili hərəkatı fəalları azadlığa çıxdılar

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan ana dili hərəkatı fəalları Tohid Əmir Əmini və Əlirza Fərşi fevralın 8-də sərbəst buraxılıblar.

Axar.az xəbər verir ki, Əmir Əmini 4 il, Fərşi isə 3 il 3 ay həbs cəzası çəkdikdən sonra azadlığa çıxıblar.

Tohid Əmir Əmini və Əlirza Fərşi Tehran şəhərində Beynəlxalq Ana dili günü mərasimində iştirak etdikləri üçün İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınararaq həbs cəzasına məhkum edilmişdilər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK