“Ana dillərinə eyni imkanların yaradılması vacibdir.”- yazıçı

by Samir Asadli

“İranda fars dili üçün yaradılmış şəraitin digər dillər üçün də yaradılması vacibdir”

Bunu Azərbaycan dilində yazılan “Mür Ağacının Kəhrəba Gözləri” romanının müəllifi Rüqəyyə Kəbiri “Azər Əncümən” Xəbər Portalına müsahibəsində deyib.

دادن فرصت‌های برابر به زبان‌های مادری ضروری است

Mür Ağacının Kəhrəba Gözləri” romanının müəllifi Rüqəyyə Kəbiri festivalda çıxış edərkən

“Məncə ölkənin rəsmi dilinə verililən imkanlar dillərə də verilməlidir. İran, çoxsaylı mədəniyyət və dillər olan ölkədir.

Dövlət rəsmiləri, siyasətçilər və qanunvericilər bu mövcud həqiqətə sərvət kimi yanşsalar, belə bir mədəniyyət və dil çeşidliyi ölkə üçün sərvət və imkanlar sağlayar”- deyə xanım Kəbiri bildirib.

O, müsahibəsinin davamında ölkə rəsmilərinin qeyri-fars dillərinə ögey münasibət bəslədikləri və qayğı göstərmədikləri barədə danışıb.

“Dillər zatən dominantlığı xoşlamır. Əksinə birgə yaşam və söz alış-verişinə meyillidirlər. Təəssüflə, siyasət təyin edənlərdir ki, ölknin rəsmi və vasitəçi dilini dominant dilə çevirir və eyni inkişaf şəraitini sair dillər və mədəniyyətlərə əsirgəyirlər.

Mən Azərbaycan türkcəsində bir yazıçı kimi, respublikanın hər bir yerində türk dillilərin xeyli sayda olduqlarını, həmçinin bu dildə danışqdıqlarını nəzərə alaraq, dil və mədəniyyət şəraitinin öz ana dilimə və sair dillərə də sağlanmasını tələb edirəm.

Ana dillərinə eyni inkişaf zəmini yaradılsa onlar da, fars dili ilə çiyin çiyinə, ölkənin mədəniyyətinin daha da zənginləşməsinə yardımçı olarlar ” Rüqəyyə Kəbiri qeyd edib.

Mən Azərbaycan türkcəsində bir yazıçı kimi respublikanın hər bir yerində türk dillində xeyli sayda danışanların olduğunu nəzərə alaraq, dil və mədəniyyət şəraitinin öz ana dilimə və digər dillərə də yaradılmasını tələb edirəm.

Ana dillərinə eyni inkişaf zəmini yaradılsa, onlar da fars dili ilə çiyin-çiyinə ölkə mədəniyyətinin daha da zənginləşməsinə yardımçı olarlar” – Rüqəyyə Kəbiri qeyd edib.

Bildirək ki, “Mür Ağacının Kəhrəba Gözləri” romanı 142 səhifədən ibarət 500 nüsxədə çap olunub.

Kitab “Ana Dili Ədəbiyyat Festivalı” (farsca: Mehrqan Ədəb Zəban Madəri) tədbirində fərqlənən və seçilmiş əsər olaraq mükafatlandırılıb.

Roman cənab Həmzə Fərahəti tərəfindən farscaya tərcümə olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK