Apellyasiya Məhkəməsi güneyli müəllimin həbs qərarını təsdiqlədi

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi ibtidayi məhkəmənin urmulu müəllim Kərim Bostançı barədə çıxardlığı qərarı qüvvədə saxlayıb.

Bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.

Əyalətin Apellyasiya Məhkəməsinin 3-cü bölməsinin qərarına görə, azərbaycanlı müəllim 3 ay həbs, 15 milyon tümən cərimə, elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzasına məhkum edilib.

Bununla yanaşı onun müəllim kimi fəaliyyət göstərməsinə qadağa qoyularaq məcburi məzuniyyətə buraxılıb.

Qeyd edək ki, 50 yaşlı azərbaycanlı müəllim bundan əvvəl Təhsil Nazirliyinin siyasətlərini tənqid etdiyinə, müəllimlərə qarşı repressiyaları pislədiyinə görə təqib olunub.

İnqilab Məhkəməsi Kərim Bostançını “vəzifəli şəxsləri təhqir etmək”, “təhsil sistemini və hicab qaydalarını tənqid etmək”, “qanunsuz olaraq müəllimlər həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək”də günahlandırıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK