Araz Geoparkının dünya geoparkları şəbəkəsinə UNESCO tərəfindən rəsmən daxil etdirilməsi açıqlanıb.
“Araz Geoparkının dünya səviyyəsində qeydiyyata alınması ilə bölgədə daxili və xarici turizmi gəlişdirəcək.”-deyə Kiani qeyd edib.
Kiani Araz Geoparkının ölkə və beynəlxalq təbliği istiqamətində hazırlanmış planlara da toxunub.
O, “Geoparklar bir neçə qabarıq geoloji fenomenlərin yerləşdiyi məkandır. Dəqiq, daimi idarəçiliklə qorunub saxlanılır.”-deyə açıqlayıb.
Kiani həmçinin yaxın vaxtlarda bu olay barədə beynəlxalq festival keçiriləcəyini bildirib.
Qeyd edək ki, Araz Geoparkı İran adlanan ölkənin şimal qərbində Güney Azərbaycanın Şərqi Azərbaycan Əyalətində yerləşir.
Şimali hüdudları isə Araz Azad Tiacrət Bölgəsindən başlayır və Güney Azərbaycanın Culfa rayonunadək çatır.\
Araz Geoparkının hüdudları 1670 kvadrat kilometrdir, 32 çeşidli təbiət fenomenini ehtiva edir.