Təhlükəsizlik məmurları Astara şəhərində yaşayan Abdullah Vahidi və Təbrizdə yaşayan Araz Amanı həbs ediblər.
Məlumatda Təbrizdə yaşayan Araz Amanın evinə basqın edildiyi, onun döyülərək qandallandığı qeyd edilib.
Fəalların nədə ittiham olunduqları barədə məlumat verilməyib.
Qeyd edək ki, son 3 gün ərzində Astara, Urmu, Təbriz, Ərdəbil və İslamşəhrdə 10 milli fəal həbs edilib.