Astaranın Ərdəbil Əyalətinə birləşdirilməsini tələb edən gənc saxlanılıb

by Samir Asadli

İran Astarasının yenidən Ərdəbil Əyalətinin inzibatı ərazilərinə daxil edilməsini tələb edən gənc saxlanılıb.

22 yaşlı azərbaycanlı gənc Astara rayonun Ərdəbil əyaltinə qaytarılmasını dəstəklədiyinə görə Gilan Əyalətinin Some Səra rayonu Kiber Polisi tərəfindən saxlanılaraq həbsxanaya aparılıb.

Astara rayonu polis komandanı bu barədə bildirməklə deyib: “Kiber Polis mütəxəssisləri virtual məkanı izləməklə Astaranın Ərdəbil Əyalətinə birləşdirilməsi barədə bir saytda post qoymuş gənci saxlayıb.

Onun barəsində ümumi düşüncəni çaşdırma ittihamı ilə iş açılaraq həbsxanaya salınıb.”

Bu barədə tanınmış milli aktivist Abbas Lisaninin Məlumatlandırma İnternet Səhifəsi bildirib.

Səhifənin məlumatına istinadən hal hazıradək həmin gəncin kimliyi barədə məlumat yoxdur.

Həmçinin bir neçə aydır ki, minlər nəfər Astara rayonun yenidən Ərdəbil Əyalətinin inzibati ərazilərinə daxil edilməsi barədə kampaniyaya qoşulub.

Qeyd edək ki, Astara rayonu, əhalisinin yüz faizə yaxını Güney azərbaycanlılar olmaqla Ərdəbil Əyalətinin tarixi ərazisi olub. Lakin İranın şovinist hakimiyyətinin asimilyasiya siyasəti nəticəsində bir neçə il qabaq Ərdəbil Əyalətinin inzibati ərazi bölgüsündən çıxarılaraq Gilan Əyalətinə birləşdirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK